Siyasət

Baş redaktor: Prezident İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır

22 İyul 2018 22:39
Baxış: 1 292

Prezident İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır.

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkədə KİV-in inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə hər zaman həssas yanaşır:

"Bu yaxınlarda Prezidentin müvafiq sərəncamı ilə ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrıldı. Bu, bir daha onu göstərir ki, dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün bütün zəruri addımları atır. Qeyd etməliyəm ki, cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması artıq sistemli xarakter alıb".

Baş redaktor bildirib ki, bu gün Azərbaycanda xeyli sayda KİV-in qeydiyyatdan keçməsi və fəaliyyət göstərməsi bir daha söz və mətbuat azadlığının beynəlxalq standartlar səviyyəsində təmin olunduğunu nümayiş etdirir:

"Bundan əlavə, bu gün Azərbaycanda jurnalistlərə təmənnasız olaraq mənzillərin verilməsi dünyada bir ilkdir. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Bakının Bibiheybət qəsəbəsində 2013-cü ildə 156 mənzilli, 2017-ci ildə isə 255 mənzilli yaşayış binalarının açılış mərasimlərinin keçirilməsi və 400-dən çox jurnalist ailəsinə böyük sevincin bəxş edilməsi hər birimizin yaddaşındadır. "Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür". Jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Prezidentin həqiqətən jurnalistlərin dostu olduğunu və bu sahəyə isti, xoş münasibətini, diqqət və qayğısını göstərdi.

Möhtərəm Prezidentimizin "...Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır" fikirləri biz jurnalistlər üçün fəliyyətimizin bütün dövrlərinin mühüm tezisi olmalıdır. Yalnız bu halda dövlətimizin inkişafına, milli maraqlarımızın daha etibarlı şəkildə qorunmasına öz töhfəmizi verə bilərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.