Siyasət

"Azərbaycan Qafqaz regionunda dialoq üçün meydan rolunu oynayan mühüm dövlətdir"

21 İyul 2018 18:58
Baxış: 1 080

Azərbaycan Rusiyanın və ölkənin ictimai təşkilatlarının fəal tərəfdaşıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Vestnik Kavkaza" agentliyinə Rusiya Xalqları Assambleyası ictimai təşkilatının 20 illiyinə həsr olunmuş Rusiya Xalqları Konqresi zamanı ölkənin millətlərarası münasibətlər üzrə Prezident Şurasının üzvü Vladimir Zorin deyib.

Şura üzvü bildirib: "Hesab edirəm ki, bu meydançada biz bundan sonra da konstruktiv qarşılıqlı fəaliyyət göstərəcəyik. Azərbaycan Avrasiya məkanında həm moderator, həm də Qafqaz regionunda dialoq üçün meydan rolunu oynayan, mühüm, tanınmış dövlətdir".

Zorinin sözlərinə görə, Azərbaycanın Avrasiya xalqlarının Assambleyasında iştirakı böyük perspektivə malikdir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.