Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasındakı dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Milli.Az-a açıqlamasında Prezident İlham Əliyevin Fransaya ən son səfərini dəyərləndirərkən bildirib.
Paris-Bakı əlaqələri yeniləndi: İrəvan çox narahatdır
R.Əliyev qeyd edib ki, Azərbaycan və Fransa arasında əlaqələrin inkişaf etdirilməsi iki ölkənin marağındadır: "Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fransanın Prezidenti Emmanuel Makronla, Fransa Milli Assambleyasının sədri Fransua de Ruji, Fransa senatının sədri Jerar Larşe, Fransanın nüfuzlu şirkətlərindən olan SADE, "Bouygues Travaux Publics", "CLFAL", "İVECO", "Airbus", "Total" və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Görüşlər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı bu sahələrdə gələcək layihələrin reallaşması məsələləri ətrafında fikir mübadilələri aparılıb. Azərbaycanın Fransada daha geniş formada tanınması istiqamətində işlərin genişləndiriməsinin zəruriliyi vurğulanıb. Görüşlərdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ətrafında da müzakirlər aparılıb.
İnanırıq ki, Prezident İlham Əliyevin Fransaya son səfəri iki ölkə və xalqlarımız arasında ikitərəfli əməkdaşlığın və dostluq münasibətlərinin daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək. Bu inkişaf hər iki dövlətin və xalqlarımızın mənafeyinə uyğundur".
İlkin İzzət
Milli.Az