Siyasət

"Bunlar Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdırırlar"

20 İyul 2018 10:55
Baxış: 1 424

Prezident Makronun dəvəti ilə Prezdent İlham Əliyevin Fransaya növbəti səfəri Azərbaycan-Fransa arasındakı münasibətlərinin çox yüksək səviyyədə olduğunun göstəricisidir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Azər Badamov bildirib.

Millət vəkilinin fikrincə, Azərbaycanın Avropa İttifaqının subyektləri ilə əlaqələrinin genişlənməsi onu bu birlik üçün əvəzolunmaz tərəfdaş edir:

"Azərbaycan Fransa əlaqələri siyasi, iqtisadi, mədəniyyət, təhsil və sairə sahələri üzrə yüksək səviyyədə inkişaf edir. Bakıda fransız liseyinin və Fransa -Azərbaycan Universitetinin açılması iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdırmışdır. Bir neçə gün əvvəl İtaliya prezdentinin Bakıya səfəri, bu gün isə cənab İlham Əliyevin Fransaya səfəri və ümumilikdə Avropa İttifaqının ayrı-ayrı subyektləri ilə Azərbaycanın dostluq əlaqələrinin genişlənməsi Azərbaycanı Avropa İttifaqına daha da yaxılaşdırır və Azərbaycanı Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz partnyora çevirir".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.