Siyasət

İsrail televiziyasında Qarabağdan danışdılar - VİDEO

19 İyul 2018 13:55
0 Şərh     Baxış: 1 500

Ermənistan hər nə qədər Belarusun Azərbaycana silah satmasına əngəl olmağa çalışsa da, bu proses davam edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert Aleksandr Perenciyev İsrailin "Iland.TV" kanalında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, heç kim Azərbaycana silah tədarükü kanalını bağlaya bilmir. 

"Ermənistan Belarusun Azərbaycana nəhəng raket kompleksləri satmasından hiddətlənir. Ancaq Bakı Çexiya, Çin, Pakistan, İsrail və digər dövlətlərdən də silah alır. Yerevan nədənsə bundan hiddətlənmir", - ekspert bildirib. 

Aparıcının Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı sualını cavablandıran Perenciyev deyib ki, xüsusi yol xəritəsi yaratmaq münaqişəni həll etmək üçün yeganə yoldur.

"Dağlıq Qarabağ münaqişəsinin həllində kompromis Ermənistan tərəfindən olmalıdır", - ekspert əlavə edib. 

Onun sözlərinə görə, Ermənistan kompromisə getməkdən imtina etsə, əlbəttə ki, Azərbaycan münaqişənin həlli üçün digər yanaşmalar axtaracaq.

Verilişin digər qonağı olan israilli politoloq Ariel Bulşteyn bildirib ki, 30 il keçib və Qarabağ münaqişəsinin həlli üçün eyni reseptin istifadə olunmasının mənası yoxdur.

"30 ildir istifadə edilən metodlar eyni sonluqlara gətirib-çıxaracaq", - ekspert deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.