Siyasət

Tacikistan Prezidenti Azərbaycana səfər edəcək

18 İyul 2018 12:10
Baxış: 990

Tacikistan Prezidenti Emomali Rahmon bu ilin avqustunda Azərbaycana səfər edəcək.

Milli.Az bildirir ki, bu barədə Trend Tacikistan mətbuatına istinadən məlumat verir.

Hökumətdəki mənbə bildirib ki, cari ilin avqustunda Tacikistan Prezidentinin Azərbaycan, Özbəkistan və Türkmənistana səfərləri planlaşdırılır.

Azərbaycana səfərin yekunu üzrə iki dövlət arasında yeni saziş və müqavilələr zərfinin imzalanması gözlənilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.