Siyasət

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı

17 İyul 2018 13:23
Baxış: 985

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun 12-də Aktauda keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

O bildirib ki, hazırda 5 Xəzəryanı ölkə - Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici siyasət idarələri qarşıdakı sammitə hazırlıq üzrə fəal iş aparırlar.

Nazir qeyd edib ki, bütün dövlətlər tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.