Siyasət

Gəncə hadisələrində həlak olmuş polis zabitləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər

13 İyul 2018 16:16
Baxış: 1 585

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilsinlər:

İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)

Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra).

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.