Siyasət

Cəbhədən XƏBƏR VAR: mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

13 İyul 2018 09:48
3 Şərh     Baxış: 720

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 İyul 09:5270

    Allah movqelerimizi atəşə tutanlari yerlə yeksan etsin. Allah canim əsgərləri qorusun .Cevab atəşiylə qırın tökün də bu dığaları anaların aqladın onlar qorxaqdilar .Allah sizi her zeman qorusun siz de bizi !

    Cavab yaz
  • Anonim
    melek b · 13 İyul 13:0840

    Allahim qoru esgerlerimizi,hec bir aileni gozu yasli qoyma.menim de qardasimi qoru AMIN

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 İyul 13:5040

      Amin !!!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.