Siyasət

Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib

12 İyul 2018 18:56
Baxış: 386

Azərbaycan beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək 45-ci yerə yüksəlib.

Milli.Az bildirir ki, Trend bu barədə "U.S. News & World Report" saytının reytinqinə istinadən məlumat verir.

Reytinqə ABŞ rəhbərlik edir. Güc və təsir meyarlarına görə Rusiya ikinci, Çin üçüncü yerdə qərarlaşıb.

İlk onluqda Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ qərarlaşıb.

Reytinqdə sonuncu yeri Sloveniya tutur.

Azərbaycan bu meyarlara əsasən Polşa, Yunanıstan, Kolumbiya, Çexiya, Rumıniya, Macarıstan kimi ölkələri qabaqlayır və reytinqdə yer alan yeganə Cənubi Qafqaz ölkəsidir.

Bundan başqa, Azərbaycan ən yaxşı ölkələrin reytinqində 64-cü yerdə qərarlaşıb. Bu reytinqdə isə Azərbaycanda Ukrayna, Qazaxıstan, Belarus, İran və Serbiya kimi ölkələri qabaqlayır.

Reytinqdə ilk üç yeri İsveçrə, Kanada və Almaniya tutub. İlk onluqda Böyük Britaniya, Yaponiya, İsveç, Avstraliya, ABŞ, Fransa və Niderland yer alıb. Reytinqdə sonuncu yerdə Əlcəzair qərarlaşıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.