Siyasət

Aİ və Azərbaycan tərəfdaşlıq prioritetlərini müəyyənləşdirdi

11 İyul 2018 16:09
Baxış: 614

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) və Azərbaycan hökuməti tərəfdaşlıq prioritetlərini paraflayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.

Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfdən xarici əlaqələr üzrə ali komissar Federika Mogerini imzalayıb.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Avropa Komissiyasına Azərbaycanla hərtərəfli saziş əsasında Aİ və üzv ölkələri adından danışıqlar aparmaq üçün mandat verib.

Yeni saziş 1996-cı ildə qəbul olunmuş tərəfdaşlıq və əməkdaşlıq barədə sazişi əvəz etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.