Siyasət

Avropa Paşinyanı gözüyaşlı yola saldı: ermənilər naçar qalıb

13 İyul 2018 13:05
Baxış: 8 132

Artıq hər şeyi və hər kəsi öz adı ilə çağırmaq gərəkdir. "Paşik" Brüsseldə gülümsəyirdi, nikbin görünürdü, bütün işlərin alınması ilə bağıl təəssürat yaratmağa çalışırdı. Amma əfsuslar olsun ki, belə deyil. Avropa İttifaqı və NATO bizi pərişan etdi. "Paşik" isə Ermənistana az qala gözüyaşlı qayıtdı.

İrəvanda çıxan "Lragir" qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfərini belə şərh edib.

İyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub.

Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.

Ölkəmiz bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil olunur. Özündə 200-dən çox ictimai xidməti birləşdirən "ASAN xidmət" Əfqanıstanda tətbiq olunur.

Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib.

Ötən il Azərbaycan "Asiyanın Qəlbi - İstanbul Prosesi"nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib.

Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır.

Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

Beləliklə, gerçək odur ki, dövlət başçımızın Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığ əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir.

Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.

Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsinə rolunu yüksək qiymətləndirir.

Avropa İttifaqı: Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verir.

Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir.

İstər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycanda və Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər.

Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi. 

Paşinyan inqilabın lideri kinmi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı.

Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Moqerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir.

Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki nüfuzu qaldığı müddətdə seçkilər keçirib məsələni tez həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. 

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi.

NATO-dan Bakıya tam dəstək

NATO üzv dövlətləri Brüsseldə keçirilən Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib.

Bəyanatda qeyd edilir ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər.

Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel Zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir.

Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir.

Ermənilərin Moqerini pərişanlığı

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində bütün tərəfləri Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etməyə çağırıb.

Bu barədə Aİ-nin diplomatik xidməti xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerininin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündən sonra bildirib.

F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib: "Bu kontekstdə vacibdir ki, tərəflər Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tam formada və ilkin şərtlər olmadan danışıqlarda iştirak etsin".

Beləliklə, Avropa İttifaqı mövqelərinin dəyişmədiyini, Ermənistandakı "yeni" iqtidarın panavropa siyasətinə qatılmaq niyyətini və Avropa dəyərlərini üstün tutacağı ilə bağlı vədlərinə inanmadığını vurğulayıb.

Doğrudur, Avropa İttifaqı Ermənistanla əməkdaşlıq və tərəfdaşlıq sazişi imzaladı, yaxın 5 ildə ermənilərə 175 milyon avroluq yardım edəcəyini də bəyan etdi.

Ermənilər də bundan vəcdə gəliblər, az sonra Avropa İttifaqı ölkələrinə vizasız gedib-gələcəklərini, Şengen zonasında rahat olacaqlarını, Avropada aylarla, hətta illərlə qala biləcəklərini düşünürlər.

Halbuki bütün bunlar xam xəyallardır. Avropa İttifaqının əsas məqsədi Ermənistanı Rusiyanın asılılığından çıxarmaq, İranın təsir imkanlarını zəiflətmək, ən başlıcası isə xaos vəziyyətindəki ölkənin viran qalmasına yol verməməkdir.

Çünki viran Ermənistan tək Cənubi Qafqaz üçün yox, Avropa İttifaqı üçün də təhlükədir.

Suriya və İraqı tərk edən miqrantların Aİ ərazisinə girişini əngəlləmək, miqrantları "uzaq sərhədlər"də saxlamaq üçün Brüssel Cənubi Avropa ölkələrinə də belə yardımlar edir.

Ermənistandakı vəziyyətin faciəyə çevrilməsi isə minimum 1 milyon erməninin dərbədər düşməsi ola bilər ki, Avropa da bundan çəkinir: ehtimal, güman olsa da, Ermənistanda hələlik meqaköç gözlənilməsə də.

Paşinyan Ermənistanı dəyişə bilməyəcək

Paşinyan inqilabın lideri kinmi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı.

Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Moqerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir.

İstər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müəqddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı.

Ermənistanın Avropa Birliyi və NATO ilə bağlı strateji planlarını Nikol Paşinyan hələ ötən ilin ortalarında, "Erməni Milli Konqresi"nin İrəvanda keçirdiyi mitinqlərdən birində səsləndirmişdi.

"Əgər NATO və Avropa Birliyi ilə normal, sıx və intensiv əlaqələr qurmaq, yaxın perspektivdə Avropaya daha da yaxınlaşmaq və bir müddət sonra Avropa Birliyinin üzvü olmaq istəyiriksə, ölkədə köklü islahatlar aparılmalı, Ermənistanın Rusiyadan asılılığına son qoyulmalı, İranla əlaqələrə yenidən baxılmalı, ABŞ və Avropa ilə münasibətlər mümkün qədər aktivləşdirilməli, Ermənistanda əsl demokratik cəmiyyət qurulmalı və korrupsiyanın kökü kəsilməlidir", - Nikol Paşinyan o zaman demişdi.

Demişdi, amma nə dəyişən, sadəcə, Ermənistandakı hakimiyyət (o da tam yox) və Avropa ilə münasibətlərdə kosmetik yeniliklərin bir qədər retuşlanması oldu.

Avropa Birliyi ilə təmaslarda Ukrayna və Gürcüstan təki statusa malik olmaq, NATO-dansa imtiyazlar əldə etmək üçün Ermənistan hələ çox uzun yol qət etməlidir.

Əgər edə bilsə.

Ermənistandakı "kütləvi xalq etirazları" adlanan, əslində isə ABŞ-ın ssenarisi ilə gerçəkləşdirilmiş çevriliş nəticəsində Serj Sarqsyanın hakimiyyətdən kənarlaşdırılması və Nikol Paşinyanın baş nazir postuna yiyələnməsindən sonra hökumətin tərkibi dəyişsə də, ölkədəki situasiyaya təsir imkanlarının əhəmiyyətli qismi "köhnələr"in əlindədir.

Hökuməti, sadəcə, zahirən "inqilab cocuqları yenilər"dən ibarət olan, əslində isə zəif koalisiya təsiri bağışlayan Ermənistan iqtidarının səmərəli fəaliyyəti, sadəcə, mümkün deyil. Bu hökumətin müstəqil xarici siyasət yürüdəcəyi, ölkəni Rusiyanın asılılığından qurtarıb Qərbə yönəlmiş taktikanı işə salacağı illüziya təsiri bağışlayır.

Ermənistandakı daxili situasiya isə çox gərgindir. Ölkə iqtisadiyyatı çöküb, insan haqları və demokratiya kollaps vəziyyətində, süni inhisarlar və məmurların nəzarətindəki şirkətlər yenə də oyun qaydalarını müəyyənləşdirirlər.

Buruğlandakı qayığı xatırladan Ermənistanı N.Paşinyanın idarə edə biləcəyi barədə vədlərsə ancaq ironiya doğura bilər.

Brüsseldəki uğursuluq da Paşinyan hökumətinə daha bir zərbə oldu.

Vədlərinin faktiki olaraq heç birini yerinə yetirə bilməyən, oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərmək təki ucuz şoular düzəldən Nikol Paşinyan indi problemlər məngənəsindən qurtulmaq üçün təşvişlə, təlaşla yollar arayır.

Olmayan yolların aranması isə mənasız məsələdir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.