Siyasət

"Azərbaycan vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilib

10 İyul 2018 18:41
Baxış: 646

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklərə əsasən, Əsasnamənin 2-ci hissəsi üzrə altıncı abzasa "surəti" sözündən sonra "("Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur)" sözləri əlavə edilir; yeddinci abzasa "şəxslər" sözündən sonra ", habelə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər" sözləri əlavə edilir.

Doqquzuncu və onuncu abzaslar müvafiq olaraq onuncu və on birinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilir:

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti.";

Onuncu abzasda "dördüncü" sözü "beşinci" sözü ilə əvəz edilir.

2-1-ci hissəyə "yoxlanılır" sözündən sonra "("Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsi nəzərə alınmaqla)" sözləri əlavə edilir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.