Siyasət

Oqtay Əsədov: "Türkiyə ilə əlaqələrimiz strateji tərəfdaşlıq və müttəfiqliyə qədər irəliləyib"

10 İyul 2018 13:40
Baxış: 853

Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə əlaqələrimizi gücləndirmək və genişləndirmək Azərbaycanın xarici siyasətinin mühüm elementidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri "Anadolu" agentliyinə açıqlamasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov son 10 ildə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin dostluq və qardaşlıq səviyyəsindən strateji tərəfdaşlıq və müttəfiqliyə qədər irəlilədiyini diqqətə çatdırıb: "Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP, Cənub Qaz Dəhlizi kimi ortaq layihələrimiz regionun əhəmiyyətini artırır, sülh və inkişafa xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiyanı birləşdirməyin ən rahat və qısa yolu olacaq. İnanıram ki, bu dəmir yolu xəttinin istifadəsi xalqlarımızın və ölkələrimizin rifahının daha da yüksəlməsinə, tranzit imkanlarının artmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək".

O.Əsədov iki ölkə arasında ticarət həcminin 5 milyard dolları aşdığını vurğulayıb. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.