Siyasət

Nazir müavini: "Azərbaycan QDİƏT-ə sədrliyi müddətində öz prioritetlərini İstanbulda təqdim edəcək"

9 İyul 2018 19:23
Baxış: 907

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində Azərbaycanın prioritetləri iyulun 12-i İstanbulda təqdim olunacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatda sədrliyi müddətində QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişafına, turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrdə əməkdaşlığa xüsusi diqqət ayıracaq:

"Məlumdur ki, Azərbaycan QDİƏT çərçivəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə diqqət ayırır və Azərbaycanın digər ölkələrlə birgə təşəbbüs göstərdiyi və reallaşdırdığı transmilli iqtisadi layihələr zəngin təbii ehtiyatlardan, nəqliyyat imkanlarından və regionun intellektual potensialından istifadə etməyə imkan verəcək. Xüsusilə, təşkilatın üç üzv ölkəsi - Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə bir sıra transmilli layihələr həyata keçirilib, bəziləri isə reallaşdırılmaqdadır. Bunlar arasında Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələri göstərmək olar. Bütün bunlar onu göstərir ki, regionun dinamik inkişafı üçün bütün imkanlar var".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.