Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı razılıq əldə olunub

22 İyun 2018 17:23
0 Şərh     Baxış: 1 209

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər.

Milli.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub:

"Bunu görüş adlandırmaq olmaz. Ancaq razılıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar olaraq yaxın vaxtlarda görüşü keçiriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.