Siyasət

Azərbaycan və Vyetnam hökumətlərarası komissiyanın protokolu imzalandı

20 İyun 2018 14:25
Baxış: 556

Bu gün Bakıda Azərbaycan və Vyetnam iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclasının protokolunu imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sənəd bir sıra sahələr üzrə, o cümlədən ticarət, investisiya, energetika, kənd təsərrüfatı, kommunikasiya, yüksək texnologiyalar sahələrində əməkdaşlığı əhatə edir.

Protokolu komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhin imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.