Siyasət

Aİ-dən Dağlıq Qarabağ münaqişəsi haqda açıqlama

20 İyun 2018 00:32
0 Şərh     Baxış: 1 829

Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyin və rifahın möhkəmlənməsinə əngəl olaraq qalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Aİ həmçinin münaqişə tez bir zamanda beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tam uyğun olaraq öz həllini tələb edir.

"2003-cü ildən Aİ-nin xüsusi nümayəndəsi ittifaq və region ölkələri arasında dialoq yaratmaq və region ölkələrinə qarşı Aİ-nin siyasətinin hazırlanmasına hərtərəfli kömək etmək üçün işləyir. Aİ həmçinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsi ilə Minsk Qrupunun sədr ölkələrinin (Fransa, Rusiya, ABŞ) münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyir və tamamlayır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.