Siyasət

Qarabağda Ermənistana məxsus növbəti taktiki uçuş aparatı məhv edilib - FOTO

19 İyun 2018 13:36
1 Şərh     Baxış: 2 438

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublika Müdafiə Nazirliyinin yaydıığı məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

Qeyd edək ki, hadisə barədə daha əvvəl erməni KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin pilotsuz uçuş aparatını vurması barədə məlumat yayıblar.

Zabit Əsgərov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.