Siyasət

"Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib"

18 İyun 2018 15:36
Baxış: 1 190

Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqland daim ermənipərəst mövqeyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistan XİN-in mətbuat katibinin sayəsində Avropa Şurası kuluarlarında T.Yaqland barədə hər kəsə bəlli olan bütün ictimaiyyətə məlum oldu:

"Artıq iş o həddə çatıb ki, deyəsən, Avropa Şurasının baş katibi Ermənistan XİN-ə onun dilindən danışmağa vəkalət verib. Nəhayət, bütün maskalar yırtıldı".

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-da üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.