Siyasət

ATƏT Azərbaycana 25 səfirdən ibarət nümayəndə heyəti göndərəcək

17 İyun 2018 22:11
Baxış: 1 084

ATƏT Azərbaycana 25 səfirdən ibarət nümayəndə heyəti göndərəcək.

Bu barədə Trend ATƏT-in saytına istinadən məlumat verir.

Qeyd olunur ki, ATƏT iyunun 18-dən 22-dək Azərbaycana, Ermənistana və Gürcüstana 25 daimi nümayəndədən ibarət qrup göndərəcək. Hər üç ölkədə diplomatlar yerli hakimiyyət və parlament, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.

Bildirilir ki, ATƏT nümayəndələrinin yerlərdə real vəziyyətlə tanış olmaq və yerli hakimiyyət nümayəndələrinə və səfər zamanı görüşəcəkləri şəxslərə mesaj çatdırmaq imkanları olacaq.

Xüsusilə səfərin məqsədi ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq sabitlik, sülh və tərəqqiyə dəstəyin, həmçinin bu ölkələrin ATƏT-in onlarla qarşılıqlı fəaliyyətinin təsdiqidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.