Siyasət

ABŞ generalı Azərbaycanda səfərdədir - FOTO

14 İyun 2018 14:02
0 Şərh     Baxış: 797

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirib və Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzini ziyarət edib.

Müdafiə Nazirliyi və ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq 2002-ci ildən etibarən həyata keçirilir.

Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində ABŞ və NATO ilə əməliyyat uyarlılığı səviyyəsinin artırılması, peşəkar çavuş heyətinin, hərbi mühəndislərin və hərbi tibb mütəxəssislərinin hazırlığı sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.