Siyasət

Fransalı ekspert: "“Cənub Qaz Dəhlizi” Avropanın qaz bazarında rəqabəti gücləndirəcək"

13 İyun 2018 13:36
Baxış: 763

Cənub Qaz Dəhlizi" layihəsi Avropanın qaz bazarında rəqabəti gücləndirəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə fransalı ekspert, Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

Ekspert qeyd edib ki, TANAP-ın açılışı ilə "Cənub Qaz Dəhlizi" layihəsinin əsas komponentlərindən biri reallığa çevrildi:

"Layihə vaxtlı-vaxtında və nəzərdə tutulmuş büdcə çərçivəsində reallaşdırılıb. TANAP-ın açılışı "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması prosesində müsbət addım olacaq".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" ilə tədarük olunan qazın həcmləri çox böyük olmasa da, bu layihə Avropaya Azərbaycanın qismində yeni qaz mənbəyi təqdim edəcək:

"Azərbaycandan qaz təminatı zaman keçdikcə arta bilər. Bu isə gələcəkdə Avropa İttifaqına digər Xəzəryanı ölkələrdən qaz idxal etməyə imkan verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.