Siyasət

Prezident İlham Əliyevin Əskişəhərdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub - FOTO

12 İyun 2018 21:00
Baxış: 760

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.