Siyasət

Prezident İlham Əliyev Əskişəhərdə BP şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB - FOTO

12 İyun 2018 17:17
Baxış: 1 847

17:17

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulandı, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

----------
17:04

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirildi.

Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulandı, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı.

Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirildi. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd edildi.

Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulandı, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayının artdığı qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

----------

13:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlətimizin başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.