Siyasət

Bu da Belarusdan Azərbaycana gətirilən “Polonez” silahı - VİDEO - FOTO

12 İyun 2018 11:35
3 Şərh     Baxış: 3 996

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik "Polonez"lər ordumuzun silahlanmasına daxil edilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N" saylı hərbi hissəsinin açılışında iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş texnikası parkında hərbi texnikaya baxış keçirib.

Məlumat üçün deyək ki, "POLONEZ"in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. "POLONEZ"in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan "LORA" da "POLONEZ" kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm "POLONEZ", həm də "LORA" kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

3 Şərh:

  • Anonim
    123 · 12 İyun 12:3430

    YAŞASIN AZƏRBAYCAN DÖVLƏTİ

    Cavab yaz
  • Anonim
    asi · 12 İyun 13:3830

    Xoş gəlib səfa gətirib..Nə məqsədlə gəlibsə, o məqsədinə çatsın).. O biri qohumları kimi bazada boş bekar oturub günləri saymasın..Bu Polonez sayəsində öləcək ermənilərə indidən o dünyada xoş istirahətlər)..

    Cavab yaz
  • Anonim
    Daglı · 12 İyun 14:4410

    Xeyirli olsun, QRAD-dan güclüdü,görəsən neçə dənədi?).Rahat işlədə bilərəm bunu vallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.