Siyasət

Prezident İlham Əliyev 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib

11 İyun 2018 21:35
Baxış: 1 072

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası gəlirlər 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiq edilir.

Büdcə kəsiri 1 077 793 990, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı isə 1 644 600 000 manat təşkil edir.

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.