Siyasət

“Salman öz layihəsinə ən böyük risk özü oldu...” - Bloomberq

20 Oktyabr 2018 22:19
0 Şərh     Baxış: 1 390

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman özünün layihəsinin ən böyük riskinə çevrilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə "Bloomberq" çıxış edib.

"Blomberq"də nəşr olunan məqalədə jurnalist Camal Qaşıqçının oktyabrın 2-də konsulluqda yoxa çıxması, ardınca yaşanan hadisələr və nəhayət, Səudiyyə Ərəbistanının etirafı fonunda şahzadə Məhəmməd bin Salmanın öz layihəsinə ən böyük risk yaratdığı qeyd olunur.

Bildirilir ki, Camal Qaşıqçının Ər-Riyaddan göndərilən qrup tərəfindən öldürüldüyü iddialarında şübhələr 33 yaşlı vəliəhdin üzərinə gəlir:

"ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Səudiyyə ilə ittifaqı riskə atmamaq naminə araşdırmanın başa çatmasını gözləyir, Konqresdə Trampı dəstəkləyənlər də daxil olmaqla çoxluq isə Ər-Riyada sanksiyalar tətbiq etmək niyyətindədir".

"Camal Qaşıqçının ölümündə səudların rəsmi cinayət ortaqlığı nəzərə çarpır və bu, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanında istədiyi acılıma tam tərs siqnallar göndərir", - Texas Universitetinin professoru Gregory Kasus deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.