Siyasət

Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən razıdır - FOTO

31 May 2018 11:17
Baxış: 824

Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib

Monteneqro Respublikasının Prezidenti  Milo Cukanoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Baş katibi Rövşən Muradovu qəbul edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, qəbul zamanı Prezident M.Cukanoviçə Mərkəzin fəaliyyəti, ötən dövr ərzində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib. VI Qlobal Bakı Forumunun yekunları, forumda müzakirə olunan məsələlər, dünyada sülhün, təhlükəsizliyin təmin olunması, müxtəlif regionlarda davam edən münaqiəşələrin həlli yolları ilə bağlı irəli sürülən ideya və təşəbbüslərin əhəmiyyəti vurğulanıb. 

Monteneqro Prezidenti M.Cukanoviç VI Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. NGBM-nin həyata keçirdiyi layihələrin mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi, dünyada sabitliyin bərqərar edilməsi kimi vacib məqsədlərə xidmət etdiyini bildirib.

Monteneqro Prezidentinə VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə də məlumat verilib. Görüşdə NGBM-nin Monteneqroda fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Prezident M.Cukanoviçin himayəsində  Mərkəzin təşkilatçılığı ilə Monteneqroda birgə tədbirin keçirilməsi təşəbbüsü müzakirə olunub.

Qeyd edək ki, NGBM-nin Baş katibi Rövşən Muradov Monteneqronun sabiq Prezidenti, Mərkəzin üzvü Filip Vuyanoviçlə də görüşüb. Görüşdə Mərkəzin fəaliyyəti və perspektiv planları müzakirə edilib.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.