Siyasət

Səfir Qarabağ münaqişəsi haqda: Vaxt çoxdan çatıb

27 May 2018 21:02
3 Şərh     Baxış: 2 516

Azərbaycan prezidenti tərəfindən əsasında bizim milli maraqlarımız duran balanslaşdırılmış xarici siyasət aparılır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Moskovskiy Komsomolets" nəşrinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

"Məhz bu ölçülmüş  və çoxistiqamətli xarici siyasət sayəsində Azərbaycan ildən ilə istər regionda , istər də dünyada öz mövqelərini möhkəmləndirir. Bir neçə il bundan əvvəl Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvlərinin əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının  qeyri-daimi üzvü seçilib.

Bu ölkəmizin dünyada sülhün və təhlükəsizliyin dəstəyinə böyük töhfə vermək bacarığı olan etibarlı tərəfdaş olmasının göstəricisdir. Digər parlaq göstərici isə bakının artıq bir neçə ildir ki, siyasi və humanitar xarakterli böyük beynəlxalq tədbirlər üçün ev sahibliyi etməyidir", - səfir deyib.

O əlavə edib ki, Bakıda regional və beynəlxalq təhlükəsizliyə dair aktual məsələlərin müzakirə edildiyi Rusiya və ABŞ Baş Qərargah rəislərinin görüşü də təşkil olunub.

Polad Bülbüloğlu bildirib ki, bütün ölkələrlə mehriban münasibət bəsləyən Azərbaycan Ermənistanla münaqişə yaşayır:

30 il ərzində Ermənistan Azərbaycana qarşı təcavüz siyasəti aparır, torpaqlarımızın 20 faizini işğal altında saxlayır.

"BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, Avropa İttifaqı, Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurum və təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan beynəlxalq hüquqa zidd olaraq status-kvonun saxlanılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsinə davam edir.

Sözsüz ki, mövcud status-kvo qəbuledilməzdir. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həqiqi addımlar atmağın vaxtı çoxdan çatıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.