Siyasət

Fransalı nazir Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

27 May 2018 21:00
Baxış: 755

Azərbaycanda səfərdə olan Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın başçılıq etdiyi nümayəndə heyəti mayın 27-də Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.