Siyasət

Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin GÜNDƏLİYİ açıqlandı

26 May 2018 11:13
0 Şərh     Baxış: 710

Fransanın xarici işlər naziri Jan-İv le Drian mayın 27-i Azərbaycana səfər edəcək.

Milli.Az Trend-ə istinadən məlumat verir ki, səfər çərçivəsində fransalı nazirin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, maliyyə naziri Samir Şərifovla və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Səfər zamanı cari beynəlxalq məsələlər və Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunacaq:

Məlumata görə, J.İ.le Drian, həmçinin 2016-cı ildə açılmış Fransa-Azərbaycan Universitetinə də baş çəkəcək. Məlumatda bildirilir: "Azərbaycan hökuməti tərəfindən tikilmiş universitetin ərazisində nazir Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Fransa arxivlərinin sərgisini açacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.