Siyasət

Macarıstan Prezidenti: Azərbaycan geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilib

25 May 2018 18:45
Baxış: 757

Macarıstan Prezidenti Yanoş Ader Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim.

Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə etmişdir və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilmişdir. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir.

Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.