Siyasət

Rusiya prezidentinin xüsusi nümayəndəsi və XİN başçısının müavini Türkiyədə səfərdədir

25 May 2018 11:07
0 Şərh     Baxış: 680

Rusiya Prezidenti Vladimir Putinin Suriya böhranı üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və ölkənin Xarici İşlər Nazirliyinin Orta Şərq və Şimali Afrika İdarəsinin müdiri Sergey Verşin Türkiyədə səfərdədirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, rusiyalı diplomatlar Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla görüşüblər.

Görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bildirilib ki, A.Lavrentyev və S.Verşin Ankaradan əvvəl Suriyaya səfər ediblər və Dəməşqdə Bəşşar Əsədlə görüşüblər. Rusiyalı diplomatların Türkiyə hakimiyyətinə Bəşşar Əsədin mesajını çatdırdığı ehtimal olunur. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.