Siyasət

"Aİ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir"

19 May 2018 12:49
Baxış: 1 331

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, bu münaqişə bütün regionun inkişafına maneə törədir:

"Avropa İttifaqı qitənin ən iri siyasi strukturu olaraq münaqişənin dinc yolla həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən bu münaqişəyə beynəlxalq norma və prinsiplərə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şəffaf, ədalətli və düzgün yanaşma gözləyir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.