Siyasət

Laçın rayonunun işğalından 26 il ötür

18 May 2018 00:06
19 Şərh     Baxış: 1 581

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 26 il ötür.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.

Milli.Az

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 May 00:1060

    Allah Mehebbet Kazimova rehmet elesin Lacinim mahnisin her defe dinleyende men aqlayiram 26 il 1 igidin omru Yarimcan olmus Vetenimiz qelbi siniq Vetenim

    Cavab yaz
  • Anonim
    LACINLI · 18 May 08:3800

    26 il Vetensiz evindən yurdunda ayrı yasamaq cox cetidi tebiiki o dövürlərdə Laçın ugrunda cox igidlər canlarından kecdi inşallah tezliklə torpaqlarımız işgaldan azad olunar düsmene layiqli ceza vererik hemin şehidlerin ruhun belke o zaman sevindirerik,ve LACININ AZADLIQI gununu qeyd ederik

    Cavab yaz
  • Anonim
    ƏSİ... · 18 May 09:2210

    Bəli”Ardıcıl işğal olunan rayonlar”silsiləsi sonrakı “silsilənin”başlanğıcıydı...Laçın dəhlizi ölkəmiz üçün ən əhəmiyyətli və alınmaz qala,keçidiydi...Geri alınması mümkündürmü görəsən???Məncə düşmən axmaq deyil...Heyif o yurd yerlərindən:(((

    Cavab yaz
  • Anonim
    ŞAH · 18 May 09:3110

    HƏR ANIMIZI HƏR GÜNUMUZU TORPAQLARIMIZIN ALINMASINA SƏRF ETMƏLIYİK BUNDAN ƏSAS MƏSƏLƏ YOXDUR --AC DA QLMAQ OLAR HƏR CƏTİNLİYƏ DÖZMƏK OLAR ANCAQ TORPAĞIMIZI QAYTARMALIYİQ HÖRMƏTLİ VƏTƏN OĞULLARI --QIZLARI-- VƏTƏN ÖVLADLARI

    Cavab yaz
  • Anonim
    ƏSİ... · 18 May 09:3820

    Yadımdadı,o vaxt bizi,kəndi tərk etməyə boyun verməyən kənd camaatını tək buraxmaqları...Ata babalarımız qoşalülə ilə çıxdılar dağa...Çünki həmin vaxt Tankları,BMP,BTR ləridə özləri ilə aparmışdılar...Türkləri sağ olsunlar,kölgələrinin qorxusundan irəli gələ bilmədilər...Kənd camaatı isə ölümü gözə aldı postları boş buraxmadı...Uşaqlığımın bir hissəsi padvallarda top tüfəng səsinə əylənməklə keçdi...Dərsi belə padvalda keçirdik o vaxt...

    Cavab yaz
    • Anonim
      Daglı · 18 May 10:4000

      Salam Əsi xanım, bu hadisə harda baş vermişdi?

      Cavab yaz
      • Anonim
        ƏSİ... · 18 May 13:0610

        Aleykum salam...Naxçıvanda,ən ucqar bir kənddə...O kənd bütöv bir muxtariyyəti qorumuşdu o vaxtlar...

        Cavab yaz
        • Anonim
          Daglı · 18 May 14:0800

          Başa düşdü.Amma mən nədənsə sizin İsmayıllıdan oldugunuzu bilirdim.

          Cavab yaz
        • Anonim
          Daglı · 18 May 14:2100

          Laçın da bütün Qarabagı qoruyurdu

          Cavab yaz
          • Anonim
            ƏSİ... · 18 May 16:2410

            Laçın qarabağın qapısıydı...Heyif o qapıları satdılar...

            Cavab yaz
            • Anonim
              Daglı · 18 May 17:5710

              Hə satdılar. Bütün rayonlar siyasi mübarizələr və maddi mənfəətə qurban getdi

        • Anonim
          ƏSİ... · 18 May 16:2400

          İsmayıllı ikinci rayonumuzdu,yerlisi deyiləm...Sadəcə sizin kimi təbiəti,kənd həyatını sevirik deyə,Bakıdan qaçanda oluruq oralı:)Naxçıvana isə lap çoxdandı getmirəm...Həyat və məşğuliyyətlər...

          Cavab yaz
          • Anonim
            Daglı · 18 May 17:0400

            Amma mən 2 gün qabaq getmişdim Naxçıvana, bir neçə saatlıga)

            Cavab yaz
            • Anonim
              ƏSİ... · 18 May 17:2500

              ☺️deyəsən siz evdə tapılmırsınız heç:)...Nə yalan deyim yerinizdə olmaq istərdim:(((Burnumun ucu göynəyir oralarçün...Bu il bəlkə tilsim sındı...Xeyirlisi olsun təki,çünki iki dəfə cəhd etmişəm onda da çox üzücü hadisələr olub məcbur geri qayıtmışam...Rayona dönmədən,kəndə boylanaraq:((

  • Anonim
    Daglı · 18 May 10:4160

    Bəzi hörmət etdiyim Qarabaglı varki onların xatirinə ürəyimdə olanları yazmıram, susuram .

    Cavab yaz
  • Anonim
    asi · 18 May 11:0630

    Mənim də şərhlərim işğal olundu bu gün bu mövzuda...Şah Ismayıl Xətainin vəsiyəti var idi, xatırlayan varmı??"" Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. ""...

    Cavab yaz
  • Anonim
    Laçınsız... · 18 May 11:3600

    Şəhid oldu uşaqlığımız.....

    Cavab yaz
    • Anonim
      Nizi · 18 May 11:5720

      Sherhimi vermiyeceksiz, ona gøre hec ne yazmiram.

      Cavab yaz
  • Anonim
    Daglı · 18 May 17:4700

    Əsi xanım, həftəsonu rayona getməsəm yorgunlugum çıxmır, həm rayonda zəhmət qoydugum işlər var, getməsəm məhv olar.Sən də vətənə getməyi yubatma, qayıdanda cibinə bir ovuc vətən torpagı tökərsiz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.