Siyasət

Bir çox Avropa ölkəsi Dağlıq Qarabağda baş verənlər haqqında bilmək istəmirlər - Məruzəçi

17 May 2018 21:28
0 Şərh     Baxış: 995

Bir çox Avropa ölkəsi Dağlıq Qarabağda baş verənlər haqqında bilmək istəmirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə məruzəçisi Norika Nikolai "Euroactiv"ə müsahibəsində deyib.

N.Nikolai bildirib: "Mən Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüş təşkil etməyə gələndə yadıma gəlir ki, onların Avropa Parlamentinə gəlib Dağlıq Qarabağı tərk etməli olduqlarından sonra nələrin baş verdiyi haqqda ifadə vermək üçün Fransanın Bakıdakı səfirliyində viza ala bilməmələrinin şahid oldum. Hesab edirəm ki, burada erməni lobbisinin əli var idi. Erməni lobbisi böyük nüfuza malikdir. Təəssüf ki, bir çox Avropa ölkəsi hadisələrə erməni lobbisinin təsiri altında reaksiya verirlər və bu regionda baş verənləri bilmək istəmirlər".

N.Nikolai qeyd edib ki, Aİ Azərbaycanı dəstəkləməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.