Siyasət

Meydan TV uğrunda mübarizə qızışdı - VİDEO

17 May 2018 21:02
Baxış: 1 439

Yalnız seçkidən seçkiyə aktivləşənmövsümi müxalifətin xaricdən qidalandığını dəfələrlə gündəmə gətirmişdik. Radikalların və 5-ci kalonun nümayəndələri indi özləri bunu sübuta yetirməklə məşğuldur. Söhbət bu dəfə onların qrant uğrunda mübarizəsindən gedir.

Seçkilərdə xarici ağalarının sifarişlərini yerinə yetirmək üçün dəridən qabıqdan çıxan radikal müxalifət nümayəndələri və onların media uzantıları indi əməlli başlı üz-üzə durublar. Səbəb sadədir. Anitmilli qüvvələr bütövlükdə zümrə olaraq seçkidə özünü doğrultmadığı üçün qrantlar da əvvəlki qədər gur deyil. Ona görə də qrant üstündə əməlli başlı savaş gedir.

İş burasındadır ki, Helsinki komissiyası tərəfindən keçirilən dinləmələrdə iştirak edən Meydan TV-nin rəhbəri Emin Milli buradakı çıxışında nəyinki Əli Kərimli və radikal müxalifər haqqında müsbət şey söyləməyib. Hətta onların fəaliyyətini tənqid edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu isə radikallar tərəfindən Emin Millinin qrantları təkbaşına yemək cəhdi kimi qiymətləndirilib. Natiq Ədilovunstatusuna inansaq söhbət təxminən bir milyon dollar kimi məbləğdən gedir. Maskaları hələ seçkidə düşən radikallar artıq itiriləsi bir şey qalmayıb deyib. Açıblar sandığı töküblər pambığı. Sosial şəbəkələrdəbir birlərini açıq ifşa ediblər. Qırışma təhqir səviyyəsinə qalxıb.

Məsələn Sevinc Osmanqızının Meydan TV-ni aldığı qrantlarla bağlı açıqlama tələb etməsi Xədicə İsmayılın qəzəbinə səbəb olub. Sevinc Osmanqızını Rəsul Quliyevin pullarını yeməkdə ittiham edən Xədicə onun küskünlüyünün səbəbinin Meydan TV-yə rəhbər təyin edilməməsi olduğunu bildirib. Sonra tərəflər bir birini qeyri peşəkarlıqda ittiham edib və və ruhi xəstə adlandırıblar.

Meydan TV və radikalların savaşına Cəmil Həsənli də qoşulub. Cəmil Həsənli bildirib ki, son vaxtlar ona və Əli Kərimliyə Meydan TV-də qadağa qoyulub. Yəni onlar yedikləri qrantları doğrultmur. Meydan TV əməkdaşı Orxan Məmməd isə əvvəllər ağsaqqal olaraq qəbul etdikləri şəxsi təhqir etməkdən belə çəkinməyib. Bu azmış kimi bir sıra saxtakarlıqları da ifşa edib. Sən demə Cəmil Həsənli özü özündən müsahibə alıb Meydan TV-yə göndərirmiş.

Əslinədə isə yaranmış mənzərədə təccüblü heç nə yoxdur. Xaricdənayrılan qrantlara görə vətənini satanların, bir-birilərini satmasından daha normal nə ola bilər ki?

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Meydan TV uğrunda mübarizə qızışdı

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.