Siyasət

XİN: "Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır"

17 May 2018 15:20
Baxış: 615

"2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənistan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılıb".

Milli.Az xəbər verir ki, bunu APA-ya Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: "Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır".

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin sözçüsü Tiqran Balayan Ermənistanın həmsədr ölkələrin təklifləri əsasında ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə sadiq qaldığını bildirib: "Bunun üçün  2016-cı ilin aprel hadisələrindən sonra əldə edilmiş razılaşmaları həyata keçirmək lazımdır". 

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.