Siyasət

Nursultan Nazarbayev: "Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb"

17 May 2018 13:26
Baxış: 912

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev təkcə Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində deyil, həm də Müstəqil Dövlətlər Birliyinin təşəkkülündə böyük rol oynayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında qazax dilinə tərcümə olunmuş kitaba Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yazdığı ön sözdə deyilir.

Astanada kitabın təqdimatı zamanı Prezident kitabxanasının direktor müavini Botaqoz Kaipova deyib: "Bir çox ekspertlər Azərbaycanın ümummilli liderindən danışarkən deyirlər: böyük ürəkli, istənilən millətin onunla fəxr edə biləcəyi insan".

Qeyd edək ki, kitabın 500 nüsxədən ibarət ilk tirajını Qazaxıstanın məktəb və universitet kitabxanalarında yerləşdirəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.