Siyasət

Səməd Seyidov: "AŞ PA komitəsinin qərarı Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir"

16 May 2018 17:01
Baxış: 562

Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) komitəsi tərəfindən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir:

"Ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Dünən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir".

Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.

Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş "Davranış Qaydaları" Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.