Siyasət

Ukraynada AXC-nin 100 illiyi ilə bağlı poçt markası buraxıldı - FOTO

16 May 2018 14:20
0 Şərh     Baxış: 948

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, hazırlanan 4 növ poçt markasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadına səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb. Poçt markalarında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mövzusu geniş qeyd edilib.

Yüksək nəfisdə və tərtibatda hazırlanan poçt markaları sayı 2000 ədəddir.

Poçt markaları artıq bu gündən dövriyyəyə buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.