Siyasət

""Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır"

26 Aprel 2018 16:10
Baxış: 1 006

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bəzi üzvləri korrupsiya tədqiqatı üzrə orqanın hesabatından sui-istifadə edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AŞ PA-nın yaz sessiyasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Ü.Ağayeva qeyd edib ki, bu məruzənin əsas hədəfi korrupsiya problemini həll etmək cəhdi yox, assambleyanın bəzi üzv ölkələrini qaralamaqdır:

"Söhbət "yeni demokratiya" adlandırılan ölkələrdən gedir. Bizim ölkəmiz mürəkkəb siyasi proseslərin baş verdiyi regionda yerləşir. Bütün çətinliklər və risklərə baxmayaraq, biz demokratik dəyərləri müdafiə edirik və təkcə öz maraqlarımız yox, həm də tərəfdaşlarımızın maraqları çərçivəsində işləyirik".

Deputat həmçinin xatırladıb ki, sanksiyaların tətbiqi səmərəli deyil, çünki təşkilatın hədəflərinə çatmasına kömək etməyəcək:

"Biz çalışmalıyıq ki, Avropa Şurasının üzv ölkələri bir-biri ilə daha sıx əməkdaşlıq etsin, ayrı-ayrı ölkələrin təcrid olunması siyasətini həyata keçirməsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.