Siyasət

Azərbaycan Prezidenti Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb - FOTO

26 Aprel 2018 14:55
Baxış: 926

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Alan Dunkan dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək.

Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.