Siyasət

Angela Merkel: "Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda tərəfdaş kimi dəstəkləməyə hazırdır"

26 Aprel 2018 13:01
Baxış: 1 181

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.