Siyasət

Baş katib: ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması səylərinə dəstək vermək niyyətinə sadiqdir

25 Aprel 2018 19:57
Baxış: 659

ATƏT-in baş katibi Tomas Qremingerdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uzun müddətdir ki, göstərdiyi sadiqlik yüksək təqdirə layiqdir. Mən ölkənizin bütün vətəndaşları üçün demokratik, təhlükəsiz və sabit şərait yaradılmasında Sizin səylərinizi yüksək dəyərləndirirəm.

ATƏT hərtərəfli təhlükəsizlik və təşkilatın öhdəliklərinin icrası məsələlərində Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik və onun xüsusi nümayəndələrinin ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyəti ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması səylərinə dəstək vermək niyyətinə sadiqdir.

ATƏT, həmçinin Azərbaycanda demokratik idarəçilik, təhlükəsizlik və iqtisadi tərəqqi sahələrində islahatların daha da gücləndirilməsinə hər an dəstək verməyə hazır olduğunu bildirir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.