Siyasət

Ərdoğan: "Azərbaycan və Türkiyə bütün sahələrdə münasibətləri inkişaf etdirəcək"

25 Aprel 2018 16:35
Baxış: 651

"Azərbaycan və Türkiyə bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində münasibətləri inkişaf etdirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, Azərbaycan və Türkiyə bir sıra iqtisadi və enerji layihələri həyata keçirir:

"Bakı-Tbilisi-Qars dəmir yolu, yaxın zamanlarda açılışı olacaq TANAP bu layihələrdəndir".

R.T.Ərdoğan qeyd edib ki, TANAP təkcə Azərbaycan və Türkiyə üçün vacib deyil, həm də Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Türkiyə prezidentinin sözlərinə görə, hər iki ölkə gələcəkdə bir sıra vacib layihələr həyata keçirəcək. O bildirib ki, bu layihələrdən biri də ticarətdə milli valyutaya keçiddir.

R.T.Ərdoğan əlavə edib ki, "Star" NEZ-in istifadəyə verilməsindən sonra Azərbaycan Türkiyədə bir nömrəli investor olacaq:

"İqtisadi və energetika münasibətlərini inkişaf etdirmək bizim üçün strateji prioritetdir. Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir".

O, həmçinin "Zeytun budağı" hərbi əməliyyatı zamanı, eləcə də Türkiyədə hərbi çevriliş cəhdi zamanı Azərbaycanın Türkiyəni dəstəklədiyini deyib:

"Azərbaycan hökuməti bu gün də Türkiyəyə FETÖ hərəkatı ilə mübarizədə vacib dəstək göstərir".

Türkiyə Prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrikini ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.