Siyasət

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək"

25 Aprel 2018 16:06
Baxış: 1 074

"Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezident İlham Əliyevlə birgə mətbuat konfransı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyə üçün milli məsələdir.

Türkiyə prezidenti əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.