Siyasət

Paşinyan azadlığa çıxdı - FOTO

23 Aprel 2018 15:49
0 Şərh     Baxış: 4 969

"Bizim hərəkətlərimizin məntiqi dəyişməyib. Axşam saatlarında Respublika Meydanında mitinq keçirəcəyik. İlk öncə isə hazırki vəziyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəm. Hələliksə bu qədər".

Milli.Az xəbər verir ki, bu sözləri "Mənim addımım" hərəkatının başçısı, deputat Nikol Paşinyan azadlığa çıxdıqdan sonra deyib.

O qeyd edib ki, hərəkatın tutulmuş bütün tərəfdarları azadlığa buraxılmalıdır.

Paşinyan Karapetyanla apardıqları danışıqlar barədə suallara isə mitinqdə cavab verəcəyini deyib:

"Yaxın 2 saat ərzində heç bir açıqlama verməyəcəm. Mitinqdə bütün sualları cavablandıracam və hər şey barədə ətraflı danışacam"

Paşinyanla bərabər saxlanılmış 2 digər deputat Ararat Mirzoyan və Sasun Mikaelyan da azadlığa buraxılıb.

Adil Nəcəfov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.