Siyasət

Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

21 Aprel 2018 19:38
Baxış: 1 744

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya hökümətinin saytında yayılan məlumatda deyilir.

Təbrikdə deyilir: "Rusiya və Azərbaycanı hüquq bərabərliyi prinsipləri, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticarət-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqrosənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam şəkildə cavab verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.